🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

iPhone 17 üçün Yeni A19 Pro Prosessoru Gəlir!

12.06.2025 17:03 16 baxış sayı 2 dəq. oxuma
iPhone 17 üçün Yeni A19 Pro Prosessoru Gəlir!

Sızdırılan məlumatlara görə, Apple şirkətinin iPhone 17 seriyası üçün hazırladığı yeni A19 Pro prosessoru, gözləniləndən də güclü çıxıb. Geekbench 6 test nəticələrinə əsasən, prosessor tək nüvəli performansda 4000 baldan çox qazanıb, bu da şirkətin yeni nəsil masaüstü prosessoru M4-lə müqayisə oluna biləcək səviyyədədir. Çoxnüvəli testdə isə A19 Pro təxminən 10000 bal toplayıb. Bu, əvvəlki nəsil A18 Pro-ya nisbətən təxminən 15% artım deməkdir (A18 Pro tək nüvədə 3400, çoxnüvədə isə 8200 bal toplayırdı, M4 isə 3800+ və 15288 bal göstəriciləri ilə fərqlənir).


A19 Pro-nun tək nüvəli performansdakı bu sıçrayışı, prosessorun performans nüvələrinin daha yüksək tezliklərdə işləməsi ilə əlaqədardır. iPhone 17 Pro və Pro Max modellərində ilk dəfə buxar otağı soyutma sistemi (vapor chamber) tətbiq ediləcək ki, bu da A19 Pro prosessorunun istilik yükünü daha effektiv idarə etməyə imkan verəcək. Bu sistemin uzun müddət yüksək yük altında daha sabit performans təmin etməsi gözlənilir.


Qeyd edək ki, həm A19, həm də A19 Pro prosessorları TSMC-nin üçüncü nəsil 3nm istehsal texnologiyası olan N3P ilə hazırlanır. Bu yeni nəsil litoqrafiya həm performans, həm də enerji səmərəliliyi baxımından mövcud həllərdən daha qabaqcıl hesab olunur. Bundan əlavə, sızdırılan məlumatlara görə, iPhone 17 seriyasının bütün modellərində LTPO OLED ekranlardan istifadə ediləcək.


Paylaş: