
HONOR MagicBook Art 14: Yeni Nəslin İncə Dizüstü Kompüteri

Uzun müddətdir gözlənilən HONOR MagicBook Art 14, nəhayət, rəsmi olaraq təqdim olundu. Çində keçirilən təqdimat mərasimində elan edilən bu yeni nəsil portativ kompüter, müasir dizaynı və əla xüsusiyyətləri ilə diqqət çəkir. Intel Ultra 7 prosessoru, OLED ekranı və süni intellekt xüsusiyyətləri ilə seçilən HONOR MagicBook Art 14 (2025) modelinin xüsusiyyətləri və qiyməti haqqında ətraflı məlumat əldə edin.
Əvvəlcə prosessordan danışaq: yeni cihazı Intel Core Ultra 5 225H və ya 16 nüvəli, 5.1 GHz turbo sürətinə malik Ultra 7 255H prosessoru ilə əldə edə bilərsiniz. Qrafik kartı olaraq isə daxili Intel ARC 130T və ya 140T təqdim olunur. MagicBook Art 14, 32 GB-a qədər LPDRR5 RAM və 1 TB və ya 2 TB yaddaş variantları ilə təchiz olunub.
Laptopun ən diqqət çəkən xüsusiyyətlərindən biri də maqnezium ərintisindən hazırlanmış korpusudur. Cəmi 1.03 kiloqram ağırlığında və 11.5 mm qalınlığındadır. 14.6 düymlük 3.1K OLED toxunma ekranı, 3120 x 2080 piksel çözünürlük və 120 Hz yeniləmə tezliyinə malikdir. 60 Wh batareyası ilə ofis işləri üçün 10 saata qədər istifadə müddəti təklif edir və 30 dəqiqədə %46, 95 dəqiqədə isə tam şarj olur.
1080p kameraya sahib olan cihazda, Magic Spatial Audio və DTS qulaqlıq dəstəyi ilə 6 dinamik mövcuddur. Windows 11 Home əməliyyat sistemi ilə təchiz olunan HONOR MagicBook Art 14, YOYO səs köməkçisi, real vaxt rejimində iclas transkripsiyası, tərcümə və daha çox süni intellekt xüsusiyyətləri təklif edir. Hazırda Çində satışa çıxarılan cihazın qiymətləri belədir:
Ultra 5 / 32GB / 1TB: $1186
Ultra 7 / 32GB / 1TB: $1326
Ultra 7 / 32GB / 2TB: $1395
Oxşar xəbərlər

HONOR MagicBook Pro 14: Gözəl Dizayn, Güclü Perfor...
Texnologiya xəbərləri

Batareyası Ən Uzun Çəkən Telefonlar: "Powerbank" K...
Texnologiya xəbərləri

Honor Pad 10 Planşeti Təqdim Olundu!
Texnologiya xəbərləri

Honor MagicPad 3-ün Dizaynı Açıqlandı!
Texnologiya xəbərləri

Honor 300 Ultra: Zərif Dizayn və Güclü Xüsusiyyətl...
Texnologiya xəbərləri

Honor Magic V5: Ən incə qatlanan telefon təqdim ol...
Texnologiya xəbərləri