🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

GTA 6 Nintendo Switch 2-də Olmaya Bilər

18.05.2025 07:03 7 baxış sayı 2 dəq. oxuma
GTA 6 Nintendo Switch 2-də Olmaya Bilər

Grand Theft Auto VI-nın satışa çıxma tarixinə yaxınlaşdıqca, oyunun hansı platformalarda olacağı aydınlaşır. Lakin son hadisələr Nintendo Switch 2 istifadəçiləri üçün gözləntilərin əksinə bir mənzərə çəkir. Çox gözlənilən GTA 6, yalnız 26 May 2026-cı il tarixində PlayStation 5 və Xbox Series X/S platformalarında satışa çıxarılacaq.


Take-Two şirkətinin baş icraçı direktoru Strauss Zelnick şirkətin maliyyə hesabatı iclasında Nintendo-nun yeni nəsil konsolu Switch 2 haqqında da mühüm qiymətləndirmələr verib. Zelnick hər oyunun hər platformda satışa çıxmasının qarantiya olunmadığını bildirib. Bu bəyanat GTA 6-nın Switch 2 üçün satışa çıxmayacağına dair güclü bir işarə kimi şərh edilib.


Zelnick həmçinin hər oyunun hər cihaz üçün uyğun olmaya biləcəyini vurğulayıb. Bu yanaşma, GTA 6 kimi olduqca yüksək aparat tələblərinə sahib oyunlara gəldikdə daha da aydın olur. Oyunun yeni nəsil vizualları onun Switch 2-nin aparatıyla texniki cəhətdən uyğun olub-olmayacağı barədə suallar doğurub.


Digər tərəfdən, GTA 6-nın PC versiyasının əvvəlki oyunlarda olduğu kimi, daha sonra satışa çıxması gözlənilir. Gələcəkdə Nintendo Switch 2 üçün xüsusi portun yaradılması ehtimalı hələ də süfrədə olsa da, hazırda bu istiqamətdə konkret məlumat yoxdur.


Bəs siz bunun haqqında nə düşünürsünüz? Grand Theft Auto VI oynayacaqsınızmı?


Paylaş: