
Elon Musk Rolunu Komediya Aktyoru Canlandıracaq

Süni intellekt aləmində 2023-cü ilin ən səs-küylü hadisələrindən biri olan OpenAI-ın baş direktoru Sem Altmanın işdən çıxarılması və sürətli dönüşü böyük ekrana gətirilir. "Süni" adlı film, OpenAI-dakı qarışıq dövrü əks etdirir.
Filmin heyətinə, şirkətin qurucu üzvlərindən olan Elon Maskın rolunu canlandıracaq aktyor da qoşulub. Bu rolu, əsasən komediya janrında tanınan İke Barinholts canlandıracaq. Barinholts "The Mindy Project" və "Suicide Squad" kimi layihələrdə iştirak edib.
Texnologiya və biznes dünyasının ciddi simalarından olan Elon Maskın obrazını komediya aktyorunun canlandırması filmin yumoristik tərzinə işarədir. Ssenari "Man Seeking Woman" serialı ilə tanınan komediya yazıçı Simon Riçə məxsusdur. Amazon MGM banneri altında çəkilən filmin rejissor kreslosunda isə son zamanlar "Challengers" filmi ilə tanınan Luka Quadagnino əyləşib. Quadagnino "Call Me by Your Name" filmi ilə beynəlxalq şöhrət qazanıb.
Film yalnız Sem Altmanın işdən çıxarılmasını və Microsoft-un dəstəyi ilə baş direktor vəzifəsinə qayıdışını deyil, həm də şirkətin təsis illərini əhatə edir. Altman rolunu Endryu Qarfild, OpenAI-ın keçmiş baş texnoloji direktoru Mira Muratini isə Monika Barbaro canlandırır. Altmanın işdən çıxarılması zamanı qısa müddətə baş direktor vəzifəsini icra edən Murati rolunu Barbaro oynayacaq. İlya Sutskver rolunu isə "Anora" filmindəki uğurlu çıxışı ilə tanınan Yuri Borisov ifa edəcək.
İtaliyada çəkilməyə başlayan "Süni" filminin çəkilişlərinin avqust ayında başa çatması gözlənilir. Post-prodakşından sonra film 2026-cı ilin birinci yarısında tamaşaçıların ixtiyarına veriləcək.
Film tez-tez istehsalı, məzmunu və tərzi baxımından "The Social Network" ilə müqayisə olunsa da, ssenarist və aktyor heyəti daha yumoristik bir tərzi seçmişlər.
Oxşar xəbərlər

Elon Musk: "Insanlara azadlıqlarını geri qaytarın"
Bugun.az

Elon Musk-ın varlı ailəsi
OrdanBurdan

Elon Musk robo-taksi təqdimatı - 10 Oktaybr!
Tesla Azerbaijan Community

Musk - Zuckerberg qəfəs döyüşünün keçiriləcəyi yer...
Ən Son Xəbərlər

ŞOK! Elon Musk: "Əgər kimisə həbs edəcəksizsə, 1-c...
Bugun.az

Əfsanə aktyor film sektoruna qayıtdı
Son Xeberler