
Çin Atom Enerjisi Sahəsində Böyük Addım Atır

Çin, enerji istehsal gücünü artırmaq üçün 10 yeni atom reaktorunun tikintisini təsdiqləyib. Ümumi dəyəri 27 milyard dollar olduğu gözlənilən bu layihələr, ölkədəki mövcud beş atom elektrik stansiyasının gücünü də artıracaq. Yeni reaktivlərin Guangxi əyalətinin Fangçenqanq, Fujianın Sanmen, Şantungun Hayanq, Çonqçinqin Syaopu və Guangdongun Tayşan şəhərlərində tikilməsi planlaşdırılır.
Çin Atom Enerjisi Assosiasiyasının yayımladığı bülletenə əsasən, ölkənin atom enerjisi mühəndisliyinə və tikintisinə investisiyası ötən il rekord səviyyəyə çatıb. 2024-cü ilin sonuna kimi ölkədə ümumi gücü 60 gigavat (GV) olan 57 atom reaktordan istifadə olunurdu. Bundan əlavə, ümumi gücü 33 GV olan 28 reaktiv isə tikinti mərhələsindədir. Təsdiq olunmuş, ancaq tikintiyə başlanılmayan 17 reaktordan da nəzərə alınmaqla, Çinin ümumi quraşdırılmış atom enerjisi gücü 113 GV-a çatacaq.
Proqnozlara görə, Çinin atom enerjisi sahəsindəki sürətli genişlənmə strategiyası sayəsində ölkə 2030-cu ilədək hazırkı lider olan ABŞ-ı geridə qoyaraq dünya reytinqində birinci yerə yüksələcək. Hazırda quraşdırılmış güc baxımından Çin ABŞ və Fransadan sonra üçüncü yerdədir. Digər tərəfdən, daxili istehsal imkanlarında da ciddi irəliləyiş əldə edilib. Ölkə atom elektrik stansiyalarında istifadə olunan əsas avadanlıqları tamamilə öz istehsal müəssisələrindən təmin etməyə başlayıb.
Etiketlər
Oxşar xəbərlər

Google Nüvə Enerjisində İnvestisiya Etmək Qərarına...
Texnologiya xəbərləri

İrandan dünyanı qorxuya SALAN AÇIQLAMA:
Son Xeberler

OpenAI Özəl Çipləri ilə Gələcəyə Doğru Addım Atır!
Texnologiya xəbərləri

Ərəb dünyasında ilk atom elektrik stansiyası istif...
Son Xeberler

Meta Məlumat Mərkəzləri üçün Atom Elektrik Stansiy...
Texnologiya xəbərləri

SSRİ-də ilk atom bombasının yaradıcılarından biri...
Son Xeberler