
CIA-nın "Ulduz Müharibələri" saytı vasitəsilə gizli əlaqələri

Görünüşdə adi bir pərəstişkarlar saytı olan "StarWarsWeb.net" adlı internet səhifəsinin, CIA-nın xaricdəki agentləri ilə gizli əlaqə yaratmaq üçün istifadə etdiyi rəqəmsal şəbəkənin bir hissəsi olduğu ortaya çıxıb. 2010-cu illərdə fəaliyyət göstərən saytda "Ulduz Müharibələri" kainatından məzmun yer alırdı, lakin arxa planda kəşfiyyat fəaliyyətinə xidmət edən bir mexanizm mövcud idi.
Araşdırmalara görə, bu cür saytlar görünüşdə əlaqəsiz mövzular altında qruplaşdırılıb: bəziləri komediya məzmunu təklif edir, bəziləri isə idman və ya Braziliya musiqisi kimi daha spesifik maraqlar üçün hazırlanıb. Lakin hamısında gizli agentlərlə mesajlaşma kimi həssas funksiyaları olan infrastrukturlar mövcud idi.
Bəzi saytlar İran və Çin kimi yüksək riskli bölgələri hədəf alsa da, bəziləri Avropa ölkələrində (Fransa, Almaniya, İspaniya) fəaliyyət göstərib. Bu vəziyyətin ən ciddi nəticələri 2011-2012-ci illərdə yaşanıb. İran və Çində fəaliyyət göstərən bəzi CIA mənbələrinin, həmin saytlar vasitəsilə kimliklərinin aşkarlanması nəticəsində ifşa olunması ölüm halları da daxil olmaqla, bu ölkələrdə ciddi itkilərə səbəb olub.
Diqqət çəkən məqam isə bu saytların texniki cəhətdən zəif və əslində "amatör" hazırlanmasıdır. İstifadə olunan ardıcıl IP ünvanları, təkrarlanan nümunələr və fərqlənən rəqəmsal izlər; bir sayt aşkar edildikdə, digərlərinin də asanlıqla tapılmasını mümkün edib. Bu da xarici kəşfiyyat qurumlarının şəbəkəni deşifrə etməsinə imkan yaradıb.
Etiketlər
Oxşar xəbərlər

Yeni "Ulduz Müharibələri" Strategiya Oyunu Yolda!
Texnologiya xəbərləri

Gənc Şagird Həmyaşıdı Tərəfindən Öldürüldü
Son Xeberler

Əsədin sarayının sirri üzə çıxdı
Son Xeberler

Ulduz futbolçu PSJ-dən getdi
İdman Xəbər

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu
İdman Xəbər

Valideynlər üçün vacib xəbər: Elektron Yerdəyişmə...
Bugun.az