
ASUS-dan oyunçular üçün yeni nəsil kompüter

ASUS şirkəti oyun həvəskarları üçün yeni nəsil masaüstü kompüteri – ROG Zephyrus G6X modelini təqdim edib. Mekanik üslublu korpusu, şəffaf yan paneli və ön səthindəki RGB işıqlandırması ilə diqqət çəkən bu kompüter, həm texniki xüsusiyyətləri, həm də dizaynı ilə seçilir.
İstifadəçilər ASUS Ultra Center proqramı vasitəsilə işıqlandırmanı öz zövqlərinə uyğun olaraq tamamilə fərdiləşdirə bilərlər. Lakin, qeyd edək ki, cihazın daxili aparat təchizatı da xarici dizaynı qədər cəlbedicidir. ROG Zephyrus G6X, 20 nüvəli Intel Ultra 7-265F prosessoru ilə təchiz olunub. Bu çip 5.3 GHz-ə qədər yüksək saat sürəti ilə yüksək səviyyəli performans vəd edir. Sistem 32 GB DDR5 RAM və 1 TB PCIe 4.0 SSD yaddaşla təchiz edilib.
Qrafika tərəfindən isə istifadəçiyə 8 GB və ya 16 GB GDDR7 yaddaşa malik NVIDIA GeForce RTX 5060Ti qrafik kartı təklif olunur. Enerji səmərəliliyi və sabit performans baxımından seçilən 500 Vt gücündə 80 PLUS Platinum sertifikatlı blok istifadə olunub. Kompüterin qoşulma imkanları da olduqca əhatəlidir. Ön paneldə USB-A və USB-C girişləri, arxa paneldə isə üç HDMI 2.1 və üç DisplayPort 2.1 çıxışı mövcuddur. Simsiz əlaqə tərəfindən isə Wi-Fi 6 və Bluetooth 5.4 dəstəyi təklif olunur.
Qiymətlər aparat təchizatından asılı olaraq dəyişir. 8 GB qrafik kartlı versiya 1180 dollar, 16 GB qrafik kartlı ən yüksək model isə təxminən 1249 dollar qiymətə satışa çıxarılıb.
Oxşar xəbərlər

ASUS-dan Yeni V16 Noutbuku: Oyunçular və Kontent Y...
Texnologiya xəbərləri

ASUS-dan 540 Hz OLED Monitor Gəlir!
Texnologiya xəbərləri

AMD FSR 4: Uyğunluq Problemi Olmayacaq!
Texnologiya xəbərləri

ASUS və AMD Computex 2025-də Yeni Expert P Seriyas...
Texnologiya xəbərləri

ASUS-dan Super Güclü Mini Kompüter: 120 Trilyon Əm...
Texnologiya xəbərləri

ASUS-dan Anakartlar Üçün Süni Zəka Modellisi
Texnologiya xəbərləri