
Akıllı Telefonlar Dəb Dən Gedəcəkmi?

Meta şirkətinin baş direktoru Mark Zukerberqin fikrincə, gələcəkdə ağıllı eynəklər smartfonların yerini tuta bilər. Meta-nın Connect 2025 tədbirində çıxış edən Zukerberq bildirdi ki, smartfonlar insanların birbaşa ünsiyyət və varlıq hissiyatını azaldıb. Əksinə, ağıllı eynəklərin bu itkini bərpa etmə potensialına malik olduğunu söylədi.
Bu vizyona uyğun olaraq, Meta Ray-Ban Display ağıllı eynəklərini satışa çıxardıb. Bu məhsul əvvəlki Meta Ray-Ban eynəklərindən fərqli olaraq istifadəçiyə yeni bir təcrübə təqdim edir. Eynəklər kamera, dinamik, mikrofon və quraşdırılmış süni intellekt köməkçisi ilə təchiz edilib. Ekran istifadəçinin görmə sahəsini maneə törətmədən, xaricdən görünməz şəkildə hazırlanıb.
İnstagram, WhatsApp və Facebook kimi tətbiqlər, həmçinin xəritələr və canlı tərcümə kimi funksiyalar eynəklər vasitəsilə istifadə edilə bilər. Ray-Ban Display-i digərlərindən fərqləndirən əsas yeniliklərdən biri də Meta Neural Banddır. Bu bilərzik əl hərəkətləri vasitəsilə beyin tərəfindən göndərilən siqnalları aşkar etmək üçün səth elektromioqrafiyası (sEMG) texnologiyasından istifadə edir. Reality Labs-ın araşdırmalarına görə, istifadəçilər sanki qələm tutar kimi barmaqlarını hərəkət etdirərək eynəklər vasitəsilə mesaj yaza bilərlər.
Bu texnologiya tədbirdə səhnədə uğurla nümayiş etdirildi və Zukerberq dəqiqədə 30 söz sürətilə yazı yazdı. Bu sürət iPhone-da orta 36 söz sürətinə olduqca yaxındır. Bəs sizcə necə? Fikirlərinizi bizimlə bölüşün.
Oxşar xəbərlər

2025-ci ilin ikinci rübü üçün ən çox satılan telef...
Texnologiya xəbərləri

iQOO Neo 10 və Neo 10 Pro Modelləri Azərbaycan Baz...
Texnologiya xəbərləri

Bu telefonlarda artıq “WhatsApp” işləməyəcək
Bugun.az

Özəlliklə "Selfi" Sevənlər üçün Ən Yaxşı Ön Kamera...
Texnologiya xəbərləri

Selfie Sevənlər Üçün: Ən Yaxşı Ön Kameralı Telefon...
Texnologiya xəbərləri

Ən sürətli bayraqman telefonlar artıq satışdadır!...
Texnologiya xəbərləri