🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Xalq artisti Röyadan onu qınayanlara sərt cavab VİDEO

05.01.2021 09:48 1,040 baxış sayı 2 dəq. oxuma
Xalq artisti Röyadan onu qınayanlara sərt cavab
Xalq artisti Röya Ayxan Yeni il gecəsi paylaşdığı videosuna görə sosial şəbəkələrdə ona ünvanlanan tənqidlərə cavab verib.
 
Müğənni hörmətsizliyə yol vermədiyini söyləyib.
 
 
"Məni hər kəsə bayram keçirən, ölüsünə hörmətsizlik edən insan kimi təqdim etdiniz. Amma mən daxilimdə bilirəm ki, nə hörmətsizlik etmişəm, nə də kiminsə ünvanına təhqir dolu sözlər demişəm. Əgər evimdə rəqsim sizi narahat etdisə''...
 
''O zaman 31 dekabr gecəsi kanallarda mən daxil rəqs edən, qələbəni keçirən bütün ulduzlara, televiziyalara söz deyərdiz''.
 
''Yox, əgər məndə səhv axtarırsızsa,  əvvəlcə özünüzə baxın. İnsanı özündən çıxarmayın! Nailə Mirməmmədli sizin əsəbinizdən getdi, amma məni öldürməyə gücünüz çatmaz”.
Paylaş: