
Son Xeberler
9 abunə
"Vəziyyət pisləşsə, martın 6-dan sərt tədbirlər görəcəyik” - Baş nazir
26.02.2021 06:00
520 baxış sayı
2 dəq. oxuma

Ölkənin demək olar ki, bütün regionlarında pandemiya ilə əlaqədar vəziyyət pisdir, 20 əyalətdə daha sərt məhdudiyyətlər tətbiq etmək niyyətindəyik”.
Bunu Fransa Baş naziri Jan Kasteks açıqlamasında bildirib.
O, qeyd edib ki, ölkə daxilində epidemioloji vəziyyət son günlərdə nəzərəçarpacaq dərəcədə pisləşib: "Hazırda göstəricilər noyabr ayında müşahidə olunan səviyyəyə qayıdıb. Çərşənbə günü 30 mindən çox yeni yoluxma qeydə alınıb”.
Hökumət başçısı ölkənin 20 əyalətində, o cümlədən həftə sonları özünütəcrid rejiminin tətbiq olunduğu Parisdə və şimalda yerləşən bəzi departamentlərdə vəziyyətin xüsusilə narahatedici olduğunu deyib: "Bu ərazilər xüsusilə nəzarət altına alınacaq. Vəziyyət pisləşməyə davam edərsə, martın 6-dan etibarən daha sərt tədbirlər görəcəyik”. (APA)
Oxşar xəbərlər

Novruz çərşənbələrinin vaxtı açıqlandı
Son Xeberler
511
24/01 06:27

Əhalinin nəzərinə: Bu tarixdən havalar isinir
Bugun.az
91
27/02 10:25

Sərt karantin rejiminin tətbiqinin əsl səbəbi bu i...
Son Xeberler
542
07/07 05:56

Fransada üçüncü dəfə karantin tətbiq oluna bilər
Son Xeberler
466
06/02 13:13

SMS icazə yenidən tətbiq edilir? -
Son Xeberler
668
23/09 05:34

“Karantin rejimi nə qədər davam edəcək?”sualına
Son Xeberler
578
07/07 08:05