
Son Xeberler
9 abunə
Toyunu qələbədən sonra etməyi planlaşdıran şəhid gizirimiz - FOTOLAR
07.12.2020 16:36
492 baxış sayı
4 dəq. oxuma

Vətən müharibəsi zamanı adını qəlblərə daimi yazdıran şəhidlərimizdən biri də gizir Turan Məmmədlidir.
Ağstafanın Göycəli kəndində doğulub boya-başa çatmış şəhid gizir Turan Məmmədli Vətən müharibəsində Füzulidən Cəbrayıladək döyüş yolu keçib. Turan Cəbrayıl ətrafında gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub. Bu gün onun ailəsini ziyarətə döyüş yoldaşları da gəlib.
44 günlük müharibədə ayağını itirən döyüş yoldaşı Nurlan Məmmədli Turanın əsl dost, vətənpərvər, gülərüz, döyüşkən ruhlu hərbçi olduğunu deyir.
"Turanla bir döyüşə girdik. Onun üzündən heç zaman təbəssüm əksik olmurdu. Qələbədən sonra ilk işi toy etmək olacaqdı. Döyüşlər başlamamışdan qabaq toyunun vaxtını planlaşdırmışdı. Hər ikimizin məzuniyyəti qalmışdı. Mənə döyüşdən qabaq telefonunun kodunu dedi. Ürəyinə dammışdı şəhid olacağı...” – deyə Nurlan bildirir.
Şəhidin atası Raqif Məmmədov deyir ki, o, oğlanlarının hələ kiçik yaşları olandan hərbçi olmalarını arzulayıb. Onları hərbi ruhda böyüdüb:
"Vətəni qorumaq, işğal altındakı torpaqları düşməndən xilas etmək hər bir valideynin şərəfidir. Əgər onun övladı döyüşürsə, bu, valideynin baş ucalığıdır. Mənim 3 oğul övladım var. Onun ikisi hərbçi olub. Biri ehtiyatda olan gizirdir”.
Onu da deyək ki, şəhid Turan Məmmədlinin həyatında 7 rəqəmi xüsusi önəm daşıyıb. Belə ki, dekabrın 7-si, yəni bu gün onun doğum günüdür. 27 yaşı olacaqdı... Oktyabrın 7-də şəhidlik zirvəsinə yüksəlib. Noyabrın 7-də isə nişanı olub. Toyunu da qələbədən sonra etməyi planlaşdırmışdı. Allah rəhmət eləsin!






O
Regional siyasət müxbiri
Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

“Bir oğlumu dəfn edib gələndən sonra digərinin nəş...
Son Xeberler
793
18/11 07:21

Fransada terror hücumu planlaşdıran üç qadın saxla...
Azəri Xəbər
43
08/11 21:35

“Unibank” şəhid ailələri ilə bağlı daha bir tədbir...
Bugun.az
40
12/11 13:42

Cavid Qurbanov Xudayar Yusifzadəyə şeir həsr etdi
Son Xeberler
839
21/12 16:47

Həbsdə olan şəhid valideynləri azadlığa buraxıldı...
Son Xeberler
641
06/12 11:22

Ramiz Rövşənin şəhid ailəsinə ev hədiyyə etmə xəbə...
Son Xeberler
729
19/12 18:27


