🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Təhsil Nazirliyindən məktəblərlə bağlı AÇIQLAMA

24.02.2021 08:41 580 baxış sayı 1 dəq. oxuma
Təhsil Nazirliyindən məktəblərlə bağlı

Hazırda ölkə ərazisində müşahidə edilən qarlı, küləkli hava şəraiti məktəblərdə əyani formada təhsil alan şagirdlərin davamiyyətinə təsir edib.

Bu sözləri Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov deyib.

Onun sözlərinə görə, məktəblərdə davamiyyətin çox aşağı düşdüyü məlum olsa da, statistik rəqəmləri hələ açıqlamaq mümkün deyil.

Nazirlik rəsmisi yaxın vaxtlarda nəticələrlə bağlı ictimaiyyətə məlumat veriləcəyini söyləyib.

Paylaş: