🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

"Şuşanın azadlığı mübarək olsun!" - Çavuşoğlu

08.11.2020 10:06 600 baxış sayı 1 dəq. oxuma
"Şuşanın azadlığı mübarək olsun!" -

​Azərbaycanın mədəni paytaxtı olan qədim Şuşa şəhərinin azadlığı mübarək və uğurlu olsun.

Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Facebook” səhifəsində yazıb.

XİN rəhbəri bildirib ki, 9 noyabr Bayraq günü şanlı Azərbaycan bayrağı Şuşada dalğalanacaq, bir daha enməyəcək.

Üçrəngli bayrağınla məsud yaşa, AZƏRBAYCAN!

Paylaş: