🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Sabirabadda yeznə qaynını güllələdi

20.09.2020 16:41 638 baxış sayı 1 dəq. oxuma
Sabirabadda yeznə qaynını güllələdi

Sabirabadda yeznə qaynını güllələyərək öldürüb.

Hadisə rayonun Ulacalı kəndində baş verib.

Kənd sakini, 1981-ci il təvəllüdlü Nəsirov Zəka ov zamanı qaynı 1986-cı il təvəllüdlü Nəsirov Aqil Atamoğlan oğlunu ehtiyatsızlıqdan ov tüfəngi ilə üz nahiyəsindən güllələyərək öldürüb.

Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

APA

Paylaş: