Ramiz Mehdiyevin kürəkəni və qudası məhkəməyə gətirildi

22.08.2020 07:53 737 baxış sayı 1 dəq. oxuma
Ramiz Mehdiyevin kürəkəni və qudası məhkəməyə gətirildi

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin karantin dövründə nəvəsinə toy məclisi təşkil etməsi ölkə gündəmində ciddi rezonansa səbəb olub.

Toyun görüntüləri mediada yayımlandıqdan sonra sosial şəbəkədə və ictimaiyyətdə haqlı olaraq karantin rejimini pozanların cəzalandırılması məsələsi müzakirə olunub.

Hazırda toy sahibləri Ramiz Mehdiyevin kürəkəni sabiq deputat İlham Əliyev və qudası Rövşən Mustafayev məhkəməyə gətirilib. Onlar barəsində qanuna müvafiq olaraq ölçü götürüləcək.

Əlavə məlumat verəcəyik.

A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: