Qələbə sevincindən ən çox paylaşılan - VİDEO

11.11.2020 06:39 506 baxış sayı 2 dəq. oxuma
Qələbə sevincindən ən çox paylaşılan -

Azərbaycanın 30 illik həsrətə son qoyaraq işğal altında olan bütün torpaqlarını azad etməsi, müharibənin Ermənistanın hərbi kapitulyasiyası ilə bitməsi şərəfinə ölkənin hər yerində olduğu kimi Bakıda da izdihamlı yürüşlər keçirilib. Belə şənliklərdən birində polis əməkdaşının öz sevincini vətəndaşlarla bölüşməsi diqqət çəkib.

Görüntülərdə paytaxtda Azərbaycan bayraqları ilə sevinclərini bölüşərək oynayan gənclərə yaxınlaşan polisin hərbi salam verərək onları qucaqlaması yer alıb. Bu video sosial şəbəkələrdə geniş yayılıb və hər kəs polisin mülki şəxslərlə qucaqlaşaraq qələbə bayramını qeyd etməsini təqdir edib.

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: