Qazaxıstanda həkimlərə böyük jest: Qəhrəmanlar körpüsü - VİDEO

28.08.2020 15:56 565 baxış sayı 2 dəq. oxuma
Qazaxıstanda həkimlərə böyük jest: Qəhrəmanlar körpüsü -

Qazaxıstanın paytaxtı Nur-Sultanda şəhər rəhbərliyi COVID-19 infeksiyası ilə mübarizə aparan həkimlərə maraqlı jest edib.

“RİA Novosti” xəbər verir ki, şəhərdə yerləşən körpülərdən birinin divarlarında koronavirus infeksiyası ilə mübarizə aparan həkimlərin fotoları asılıb.

Layihənin ideyası fotoqraf Ruslan Mazuninə aiddir. O hesab edir ki, fotolarda əks olunan həkimlərin üzündəki təbəssüm keçiddən istifadə edən piyadalara ümid və pozitivlik bəxş edəcək.

 

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: