🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Qarabağda koronavirusa yoluxanların sayı artıb

17.06.2020 08:28 539 baxış sayı 1 dəq. oxuma
Qarabağda koronavirusa yoluxanların sayı artıb

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisində koronavirusa daha 12 yoluxma halı qeydə alınıb.

İşğal olunmuş ərazilərdə təsdiqlənmiş yoluxma hallarının sayı 91-ə çatıb.

Xəstələrdən 54 nəfər sağalıb, 94 nəfər təcrid olunub. Aparılmış testlərin ümumi sayı 1467-dir.


Paylaş: