
Son Xeberler
9 abunə
“Qarabağ” - “Sivasspor” matçının hakimləri açıqlandı
24.11.2020 11:41
511 baxış sayı
2 dəq. oxuma

Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Türkiyənin “Sivasspor” klubuna qarşı keçirəcəyi oyunun hakim təyinatları açıqlanıb.
UEFA bu qarşılaşmanı Danimarkadan olan hakimlər briqadasına həvalə edib.
Matçın baş hakimi Yakob Kehlet təyin olunub. Ona yan xətt hakimləri Heyne Sorensen və Lars Hummelqaard kömək edəcək. Dördüncü hakim funksiyasını Yens Maa yerinə yetirəcək.
Qeyd edək ki, “Qarabağ” - “Sivasspor” matçı məlum səbəblərdən noyabrın 26-da İstanbul şəhərindəki “Başakşəhər Fatih Terim” stadionunda baş tutacaq.
Oxşar xəbərlər

“Sivasspor” - “Qarabağ” matçının hakimləri açıqlan...
İdman Xəbər
536
03/11 15:37

“Sivasspor”un futbolçusu “Qarabağ”la matçı buraxac...
İdman Xəbər
546
04/11 16:43

“Qarabağ” - “Vilyarreal” matçının hakimləri bilind...
İdman Xəbər
551
27/10 10:38

“Qarabağ”ın UEFA reytinqi açıqlandı
Son Xeberler
565
22/12 17:49

"Sivasspor" - "Qarabağ" oyununun hakimləri açıqlan...
İdman Xəbər
522
03/11 09:34

“Qarabağ” növbəti ev oyununu da Türkiyədə keçirəcə...
Son Xeberler
509
14/11 14:46