🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Pakistanda mədrəsədə partlayış - 7 ölü, 70 yaralı

27.10.2020 09:21 692 baxış sayı 1 dəq. oxuma
Pakistanda mədrəsədə partlayış -

Pakistanın Heybər-Pahtunhva vilayətində bir mədrəsədə baş verən partlayış nəticəsində 7 tələbə həlak olub, uşaqlar da daxil olmaqla 70 nəfər yaralanıb.

Partlayış vilayətin Pişəvər bölgəsindəki mədrəsədə bir mühazirə zamanı baş verib

Vilayət komissarı Mansur Aman ilk yoxlama hesabatlarına görə, hadisədə kustar üsulla hazırlanmış 5 kiloqramlıq partlayıcıdan istifadə edildiyini bildirib.

Partlayış yerinə çox sayda təcili yardım və yanğınsöndürən cəlb edilib.

Hücumun məsuliyyətini hələ heç bir terror təşkilatı öz boynuna götürməyib.

Paylaş: