🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Nigeriyalı “Sarı gəlin”i Azərbaycan dilində oxudu - VİDEO

13.09.2020 14:24 528 baxış sayı 2 dəq. oxuma
Nigeriyalı “Sarı gəlin”i Azərbaycan dilində oxudu -

Ukraynada keçirilən "Qolos Ukrainı" müsabiqəsininin keçmiş iki iştirakçısı – azərbaycanlı ifaçı Vaqif Nağıyev və Odessada yaşayan nigeriyalı Anyanya Udonqvo Azərbaycanın xalq mahnısı “Sarı gəlin”i duet ifa ediblər.

V.Nağıyev bu mahnını çoxdan ifa etmək istəyirdi, lakin cəsarət etmirdi. “Duet oxumaq təklifimi qəbul etdiyi üçün dostum Anyanya Udonqvoya təşəkkür edirəm. Mənim fikrimcə, hələ heç kim bu mahnını onun kimi gözəl oxumayıb”, - deyə azərbaycanlı ifaçı sosial şəbəkə hesabında yazıb.

Duetdə A.Udonqvo “Sarı gəlin” mahnısını Azərbaycan və ingilis dillərində ifa edib.

Ekran işində rəqqasə Oksana Rəsulova da yer alıb. 

 
 
Paylaş: