Netanyahu gizli şəkildə Səudiyyə Ərəbistanına səfər edib

23.11.2020 13:04 510 baxış sayı 1 dəq. oxuma
Netanyahu gizli şəkildə Səudiyyə Ərəbistanına səfər edib

İsrail Baş Naziri Binyamin Netanyahu ötən gün gizli şəkildə Səudiyyə Ərəbistanına səfər edib və burada vəliəhd Məhəmməd bin Salman ilə görüşüb.

Bu barədə İsrailin “Qaley Tsahal” radiostansiyası məlumat yayıb: “Baş nazir Netanyahu və Mossad rəisi Yosi Koen ötən gün Səudiyyə Ərəbistanında Səudiyyə vəliəhdi ilə görüşüb”.

Baş nazirin ofisi məlumatla bağlı açıqlama verməkdən imtina edib.

“Biz bu məlumatları şərh etmirik”,- deyə ofisin nümayəndələri “RİA Novosti”yə bildiriblər.

A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: