Narkotacirdən 5 kq marixuana götürüldü

19.02.2021 10:43 443 baxış sayı 1 dəq. oxuma
Narkotacirdən 5 kq marixuana götürüldü

Kürdəmir sakini Bakıda narkotiklə tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Xətai Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş S.Bağırov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 5 kiloqram 175 qram marixuana götürülüb.

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: