
                                    
                                        Son Xeberler
                                    
                                    
                                                    
                                        
                                            
                                            9 abunə
                                        
                                    
                                Murov dağının altından Kəlbəcərə tunel çəkilir - RƏSMİ
                        
                            
                            18.01.2021 16:35
                        
                        
                            
                            624 baxış sayı
                        
                        
                            
                            4 dəq. oxuma
                        
                                            
                                            
Kəlbəcər yolunun inşasına Göygöl rayonunun Toğanalı kəndindən start verilib. Yol Kəlbəcər-İstisu və Kəlbəcər-Laçın istiqamətlərinə kimi uzanacaq.
 
 
 
 
 
 
 
 
 
Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
Onun sözlərinə görə, yolun uzunluğu təxminən 190 km-ə yaxın olacaq:
"Əlavə olaraq layihə işləndikcə avtomobil yolunun uzunluğu dəyişə bilər. Təqribi desək, yolun Toğanalı-Kəlbəcər istiqamətində olan hissəsinin uzunluğu 74 km olması nəzərdə tutulur. 28 km Kəlbəcər-İstisu istiqamətinə, 87 km Kəlbəcər- Laçın istiqamətinə düşür. Layihənin ilk 4,5 km hissəsi Toğanalı kəndinin içərisindən keçir”.
Qurum sözçüsü əlavə edir ki, layihənin 7, 10 və 13-cü kilometrliyində mövcud çay körpüləri yerləşir. Onlar yararsız vəziyyətdə olduğu üçün yeni körpülərin layihəsinin hazırlanması və tikintisinə dair işlərin də paralel olaraq həyata keçirilməsi nəzərdə tutulur.
A.Nəcəfli Murov dağı silsiləsinin altından tunellərin inşasının nəzərdə tutulduğunu da vurğulayıb:
"Layihənin 16 kilometrliyindən Murov dağı silsiləsi başlanır. Həmin yüksəklik 1900, 3250, hətta bəzi yerlərdə 3500 metrə qədər artır. Buna görə də Murov dağı silsiləsinin altından ümumi uzunluqları təxminən 10-12 km-lik tunellərin inşası nəzərdə tutulur.
Tunellərdə isə hərəkət zolaqlarının sayının 4-ə qədər artırılması planlaşdırılır. Hazırda layihədə axtarış, geologiya və ilkin qiymətləndirilmə işləri aparılır.
Göygöl rayonunun Toğanalı kəndindən başlayaraq, Murov dağı silsiləsinə qədər olan 14 km-lik hissədə isə artıq müəyyən işlərə başlanılıb.
Layihənin keçdiyi ərazidə sərt dağlıq və qayalıq relyefin olması nəzərə alınaraq, yolun hərəkət hissəsinin iki zolaqdan başlayaraq, yoxuşlarda əlavə zolaq verilməklə layihələndirilməsi nəzərdə tutulur. Yəni, yol iki-üç zolaqlı olacaq”. (Bizim.Media)
                                        O
                                    
                                
                                Regional siyasət müxbiri
                                    
                                    
                                                                            Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Azərbaycan ordusu Kəlbəcərə yola düşdü -
Son Xeberler
                                        
                                            
                                            777
                                        
                                        
                                            
                                            24/11 19:08
                                        
                                    
                                
Ağrı dağının Ermənistan tərəfində bu görüntü olaca...
Son Xeberler
                                        
                                            
                                            506
                                        
                                        
                                            
                                            03/11 12:35
                                        
                                    
                                
Xırdalanda dağıntılar altından bir nəfərin cəsədi...
Son Xeberler
                                        
                                            
                                            613
                                        
                                        
                                            
                                            26/01 05:23
                                        
                                    
                                
Kəlbəcərə ayaq basan ilk hərbçilərimiz -
Son Xeberler
                                        
                                            
                                            828
                                        
                                        
                                            
                                            25/11 07:42
                                        
                                    
                                
Tükiyə Müdafiə Nazirliyindən Kəlbəcərlə bağlı payl...
Son Xeberler
                                        
                                            
                                            543
                                        
                                        
                                            
                                            25/11 09:14
                                        
                                    
                                
Kəlbəcərdə şok: Ruslar gizlin yerin altından tunel...
Son Xeberler
                                        
                                            
                                            1,610
                                        
                                        
                                            
                                            25/12 11:51
                                        
                                    
                                 
                                        

