
İran səfirindən Azərbaycana təbrik - FOTO

İranın ölkəmizdəki səfiri Seyid Abbas Musəvi Azərbaycanın İranla bütün sərhədinə nəzarəti bərpa etməsi münasibətilə Prezident İlham Əliyevi təbrik edib.
Səfir bu barədə "Tvitter" səhifəsində yazıb:
"Cənab Prezident, bədxahların mövcudluğu və müdaxiləsi olmadan İran və Azərbaycan arasındakı 760 kilometrlik dövlət sərhədi iki qonşu xalq üçün dostluq, sülh və təhlükəsizlik sərhədi olaraq qalacaq", - deyən diplomat bildirib ki, iranlılar Azərbaycandakı müsəlman qardaş və bacılarının xoşbəxtliyinə sevinir.
Qeyd edək ki, Zəngilan rayonunun Ağbənd qəsəbəsinin ordumuz tərəfindən işğaldan azad edilməsi ilə Azərbaycan Respublikası və İran İslam Respublikasının dövlət sərhədinin tam nəzarətinə götürülüb. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan və İran xalqlarını təbrik edib.
İranın ölkəmizdəki səfiri bu təbrikə münasibət bildirib və iki dövlət arasında dostluq və əməkdaşlıq əlaqələrinin davam edəcəyini vurğulayıb.
Oxşar xəbərlər

İran Prezidenti Azərbaycana səfər edəcək
Bugun.az

İran Prezidenti sabah Azərbaycana gələcək
Bugun.az

Ərdoğan Pezeşkianla danışdı
Bugun.az

İran Prezidentinin Azərbaycana rəsmi səfəri başa ç...
Bugun.az

İran Prezidenti Azərbaycana rəsmi səfərə gəldi
Bugun.az

İran: BMT Nizamnaməsinə Uyğun Olaraq Özüni Müdafiə...
Bugun.az