
İlham Əliyev Ərdoğana başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib.
Məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Əziz Qardaşım,
Xain terror aktı nəticəsində Türkiyə vətəndaşları olan 13 günahsız mülki şəxsin qəddarcasına qətlə yetirilməsi xəbəri bizi olduqca sarsıtdı.
Biz dinc insanlara qarşı yönəlmiş bu dəhşətli terror əməlindən hədsiz dərəcədə hiddətlənir, terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyirik.
Baş vermiş bu faciə ilə əlaqədar Sizə, qətlə yetirilənlərin ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!"
Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

İlham Əliyev Ərdoğana başsağlığı verib
Son Xeberler

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsa...
Azəri Xəbər

İlham Əliyev Ərdoğana zəng etdi
Bugun.az
İlham Əliyev təyyarə qəzası ilə əlaqədar Türkiyə P...
Azəri Xəbər

İlham Əliyev Trampa başsağlığı verdi
Bugun.az
Gürcüstan Prezidenti Ərdoğana başsağlığı verib
Azəri Xəbər


