
Son Xeberler
9 abunə
Güləbird Su Elektrik Stansiyası istismara verilib
15.02.2021 13:48
432 baxış sayı
2 dəq. oxuma

"Mən bəyan etmişdim ki, azad edilmiş torpaqlar "yaşıl enerji” zonası olacaq. Mən artıq xarici və yerli investorları dəvət etmişəm. Onu da bildirməliyəm ki, bütün əsas işləri dövlət olaraq biz özümüz görürük və görəcəyik. Xarici və yerli investorlar investisiya qoymaqla həm öz biznes maraqlarını təmin edə bilərlər və həm də Azərbaycanı uzunmüddətli, dayanıqlı, ucuz və ekoloji cəhətdən təmiz enerji növləri ilə təmin etmək üçün öz sözlərini deyə bilərlər".
Bunu Prezident İlham Əliyev fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında olarkən deyib.
"Bizim planlarımız bundan ibarətdir. Kəlbəcər və Laçın rayonlarında külək enerjisinin çox böyük potensialı var. Zəngilan, Cəbrayıl rayonlarında daha çox Günəş enerjisinin böyük potensialı var. Artıq ilkin tədqiqatlar aparılıb və beləliklə, biz enerji generasiya güclərimizi, ötürücü xətlərimizi yenidən quraraq Qarabağı "yaşıl enerji” zonasına çevirəcəyik.
Mən bu proqramı elan edəndə bunu nəzərdə tuturdum və bu gün birinci layihə - bax, orada gördüyünüz Güləbird Su Elektrik Stansiyası artıq istismara verilir", - Prezident bildirib.
Oxşar xəbərlər

Prezident: "Şuşada elektrik yarımstansiyası inşa e...
Son Xeberler
501
15/02 12:55

Ərəb dünyasında ilk atom elektrik stansiyası istif...
Son Xeberler
561
01/08 10:20

Akkuyu Atom Elektrik Stansiyasının Birinci Bloku İ...
Texnologiya xəbərləri
20
03/07 18:03

Dəmir Yolu Xəttinə Qurulan Günəş Elektrik Stansiya...
Texnologiya xəbərləri
68
28/04 17:03

Metronun "8 noyabr" stansiyasında 17 eskalator, 3...
Son Xeberler
476
12/01 11:47

Bakıda elektrik mühərrikli avtobuslar xəttə buraxı...
Xəbər Anı
210
25/11 11:07