
Son Xeberler
9 abunə
Ermənistan yeni atəşkəs rejiminə əməl etmir
18.10.2020 02:58
478 baxış sayı
1 dəq. oxuma

Oktyabrın 18-də saat 00.00-dan yeni humanitar atəşkəs rejiminin elan olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələri növbəti dəfə razılaşmanı kobud surətdə pozub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Düşmən Cəbrayıl şəhərinin ətraf ərazilərini, eləcə də bu rayonun Araz çayı boyu yerləşən və işğaldan azad olunmuş kəndlərini gecə ərzində minaatan və artilleriya qurğularından atəşə tutub. Şəxsi heyət arasında itki yoxdur. Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
Qoşunlar bütün cəbhə boyu əlverişli hədd, əhəmiyyətli yüksəklik və mövqelərdə müvafiq fəaliyyətlər həyata keçirir.
Oxşar xəbərlər

Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə tam ə...
Son Xeberler
536
23/10 18:41

Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə əməl...
Son Xeberler
462
13/10 07:31

“Qarabağda atəşkəsə tam əməl olunur”
Son Xeberler
534
19/11 09:36

Ermənistan ərazisində sərhəd zastavasının vurulmas...
Son Xeberler
565
27/10 07:57

Düşmənə xəbərdarlıq edilib
Son Xeberler
508
18/10 11:39

Azərbaycan Ordusu qeyri-hərbi hədəflərə atəş açmır
Son Xeberler
595
14/10 14:26