🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Ermənilər Füzuli məscidini bu hala salıb - FOTOLAR

19.11.2020 13:19 473 baxış sayı 3 dəq. oxuma
Ermənilər Füzuli məscidini bu hala salıb -

Ermənilər işğal altında olan illərdə Füzuli şəhərində yerləşən tarixi məscidi yerlə-yeksan ediblər. Məscidin yalnız bəzi divarları salamat qalıb. 

Həmçinin Füzuli şəhər məzarlığı da dağıntılara məruz qalıb. Qəbir daşlarının əksəriyyəti sökülüb, bəziləri isə oğurlanıb. Hətta məzarların ətrafındakı dəmir hasarların da sökülərək aparıldığı bildirilir.  

Xatırladaq ki, bununla yanaşı, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndindəki qəbiristanlıq da ermənilər tərəfindən dağıdılıb.

 

 








Paylaş: