🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Britaniya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir milyon yardım ayırdı

31.10.2020 08:40 476 baxış sayı 2 dəq. oxuma
Britaniya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir milyon yardım ayırdı

Böyük Britaniya Dağlıq Qarabağda münaqişəsində zərərçəkənlərə humanitar yardım üçün bir milyon sterlinq ayırıb.

Bu barədə İngiltərə Xarici İşlər naziri Dominik Raab açıqlama verib:"Yardım paketi sayəsində Dağlıq Qarabağdakı münaqişədən zərərçəkən minlərlə insan əsas tibbi ləvazimatlar, qida və daha təhlükəsiz sığınacaqlarla təmin olunacaq".

Bildirilib ki, bu qərar Beynəlxalq Qızıl Xaç Komitəsinin müraciəti əsasında verilib.

"Bu gün elan etdiyimiz maliyyə yardım paketi, Dağlıq Qarabağdakı münaqişədən təsirlənənlərə zəruri qida, dərman və tibbi yardım göstərəcək. Hər iki tərəfi ATƏT-in Minsk qrupu ilə əməkdaşlıq etməyə və danışıqlarda sülh yolu ilə siyasi həll yolunda çalışmağa çağırmağa davam edirik, hansı ki bölgə sakinlərinin ən çox ehtiyac duyduğu şeydir"deyə İngilis nazir açıqlamasında qeyd edib.

Paylaş: