🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Azərbaycanda dəhşətli qəza - avtomobil yük maşınının altında qaldı - FOTO

26.01.2021 06:58 434 baxış sayı 2 dəq. oxuma
Azərbaycanda dəhşətli qəza - avtomobil yük maşınının altında qaldı -

Abşeron rayonu ərazisində, Saray-Novxanı yolunda ağır yol qəzası baş verib.

Hadisə "VAZ" dairəsi kimi tanınan ərazidən Saray istiqamətinə gedən yolda qeydə alınıb.

"Mercedes" markalı avtomobil yüksək sürətlə hərəkətdə olarkən "KamAZ" markalı qoşqulu yük maşınına çırpılıb.

Avtomobil qoşqunun təkərləri altında qalıb. Avtoqəza nəticəsində avtomobildə olan sürücü və sərnişin ağır xəsarət alıb.

 
 
Paylaş: