🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Azad edilmiş ərazilərdə DTX-nin idarə və şöbələri fəaliyyətə başladı

12.11.2020 10:45 525 baxış sayı 1 dəq. oxuma
Azad edilmiş ərazilərdə DTX-nin idarə və şöbələri fəaliyyətə başladı

Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” 29 oktyabr 2020-ci il tarixli Fərmanına uyğun olaraq, Dövlət Təhlükəsizliyi Xidmətinin Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı rayonlarında və Xocavənd rayonunun Hadrut qəsəbəsində yerli şöbələri xidmətə başlayıb.

Şuşa şəhərinin strateji əhəmiyyəti nəzərə alınaraq, DTX-nin Şuşa şəhər idarəsi təsis edilib və yaxın günlərdə onun fəaliyyəti təmin olunacaq.

Paylaş: