
Atambayev aclıq aksiyasına başladı

Qırğızıstanın keçmiş Prezidenti Almazbek Atambayev Milli Təhlükəsizlik Dövlət Komitəsinin təcridxanasından 1 saylı paytaxt təcridxanasına köçürüldükdən sonra aclıq aksiyasına başlayıb.
Bu barədə eks-Prezidentin vəkili Sergey Slesarev məlumat verib.
“O, 1 saylı paytaxt təcridxanasına köçürülüb. Buna etiraz əlaməti olaraq aclıq aksiyasına başlayıb”,- deyə Slesarev qeyd edib.
Xatırladaq ki, A. Atambayev oktyabrın 6-na keçən gecə iğtişaşlar zamanı tərəfdarları tərəfindən Dövlət Milli Təhlükəsizlik Komitəsinin İstintaq Təcridxanasından azad edilmişdi. Daha sonra isə, 10 oktyabrda yenidən xüsusi xidmət orqanları tərəfindən saxlanılmışdı.
Seçki prosesləri və seçici davranışı haqqında yazıram. Sosiologiya təhsili almışam, sorğular və statistika ilə işləməyi xoşlayıram.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Maaşlarını ala bilməyən futbolçular aclıq aksiyası...
İdman Xəbər

Atambayev yenidən saxlanıldı
Son Xeberler

BMT: Bir milyon qadın və qız kütləvi aclıq təhlükə...
Bugun.az
BMT 16 ölkədə kəskin aclıq təhlükəsi barədə xəbərd...
Azəri Xəbər
Bu ölkədə həkimlər 5 günlük tətilə başladı
Azəri Xəbər

Serbiya DİN: Belqradda aksiyada polis əməkdaşı yar...
Azəri Xəbər


