🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.
melumat.tv
melumat.tv
2 abunə

​“WhatsApp” böyük problemi həll etdi.

31.10.2024 09:50 176 baxış sayı 1 dəq. oxuma
​“WhatsApp” böyük problemi həll etdi.

“WhatsApp” tez-tez telefon dəyişən istifadəçilərin böyük problemini həll edib.

Melumat.tv xəbər verir ki, bundan sonra tətbiqin öz kontakt siyahısı olacaq və cihazın dəyişdirilməsi zamanı kontaktlar itməyəcək. Yeni funksiya ilkin olaraq “WhatsApp Web” və “Windows” proqramlarında istifadə olunacaq. Meta-nın məlumatına görə, yenilik daha sonra digər cihazlarda da aktiv olacaq. Meta istifadəçilərin təhlükəsizliyi üçün yeni texnologiyanı da istifadəyə verəcək. IPLS adlı yeni şifrələmə texnologiyası kontaktlarla bağlıdır.

Belə ki, kontakt məlumatları yalnız istifadəçi üçün əlçatan olacaq. Bundan əlavə, “WhatsApp”a telefon nömrəsi olmadan hesab açmaq imkanı əlavə edilir ki, bu da istifadəçilərə məxfiliklə bağlı daha çox seçim təklif edəcək.

Paylaş: