
İdman Xəbər
1 abunə
"Yuventus"dan 82 milyonluq transfer
29.06.2020 16:28
582 baxış sayı
1 dəq. oxuma

İspaniyanın "Barselona" klubunun futbolçusu Artur Enrike Ramos de Oliveyra Melo İtaliya "Yuventus"una transfer olub.
Məlumata görə, braziliyalı yarımmüdafiəçidən ötrü turinlilər 72 milyon avro ödəyib. Daha 10 milyon avro isə müxtəlif bonuslara sərf olunacaq.
23 yaşlı oyunçu 2019/2020 mövsümünü "Barsa"da başa vurduqdan sonra yeni klubunun düşərgəsinə qoşulacaq. "Yuventus"un onunla 5 illik müqavilə bağlayacağı gözlənilir.
Qeyd edək ki, Artur "Barselona"ya 2018-ci ilin yayında "Qremio"dan keçib. O, Kataloniya komandasının heyətində 72 oyunda 4 qol vurub. "Sambaçı" "Barsa" ilə 2019-cu ildə İspaniya çempionu və Superkubokun qalibi olub.
Etiketlər
Oxşar xəbərlər

"Yuventus" 34 yaşlı hücumçu aldı
İdman Xəbər
527
18/09 13:23

"Yuventus" Lyakazettlə danışıqlara başladı
İdman Xəbər
552
18/07 16:24

Ulduz futbolçu “Fənərbaxça”ya gəlmək üçün sərvət i...
Bugun.az
76
25/04 15:25

Artıq satış siyahısına qoyuldu - 100 milyon tələb...
Bugun.az
116
04/02 12:25

İspan hücumçu yenidən "Yuventus"a qayıtdı
İdman Xəbər
613
23/09 06:46

Mbappe bu futbolçu ilə oynamaq istəyir - 100 milyo...
Bugun.az
87
16/04 06:25