🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Norveç millisinə Rumıniyaya uçmağa qadağa qoyuldu

14.11.2020 18:44 527 baxış sayı 1 dəq. oxuma
Norveç millisinə Rumıniyaya uçmağa qadağa qoyuldu

Futbol üzrə Norveç millisinə UEFA Millətlər Liqasında Rumıniya qarşı matça çıxmağa qadağa qoyulub.

 Norveç səhiyyə nazirliyi koronavirus pandemiyası ilə əlaqədar komandanın Rumıniyanın paytaxtı Buxarestə getməsinə icazə verməyib.

Səhiyyə nazirliyinin rəsmiləri COVID-19 virusunun geniş yayılmasını əsas gətirərək milli komandaya karantində oturmağı tapşırıb.

Rumıniya tərəfi isə rəqibi qəbul etməyə hazır olduqlarını və UEFA-nın bütün təhlükəsizlik protokoluna əməl edildiyini vurğulayıb.

Qeyd edək ki, Norveç noyabrın 15-də səfərdə Rumıniya milli komandası ilə qarşılaşmalıdır.

Paylaş: