
Nazirdən MDB Oyunlarının taleyi barədə son AÇIQLAMA

Tatarıstanın paytaxtı Kazanda keçiriləcək I MDB Oyunlarının bu il keçiriləcəyi hələ ki bilinmir.
Tatarıstanın İdman naziri Vladimir Leonov bu ilin payızında Kazanda keçirilməsi planlaşdırılan yarışla bağlı fikirlərini bildirib:
“Təşkilat Komitəsi kimi biz MDB Oyunlarını qəbul etməyə hazırıq. Ancaq siyasi arenada baş verən hadisələr, viza problemləri, aviareyslərin bağlı olması və s. məsələr var... Bu səbəbdən tam şəkildə komanda yığmaq çətindir.
Hələ ki heç kim rəsmi şəkildə turnirin ləğvi və ya təxirə salınması barədə heç nə demir. Ancaq indiki situasiya yaxşı deyil”.
Qeyd edək ki, Azərbaycanın da təmsil olunacağı MDB Oyunları avqustun sonlarında keçirilməli idi. Lakin sonra yarış sentyabrın sonlarına, daha sonra oktyabrın əvvəllərinə təxirə salınıb.
İdman biznesindəki prosesləri izləyirəm - transfer bazarı, sponsorluq müqavilələri, idman marketinqi. Futboldan əlavə biznes tərəfi də maraqlıdır.
Bütün məqalələrə baxınOxşar xəbərlər

III MDB Oyunlarının bayraqdarları müəyyənləşib
Bugun.az

Azərbaycanın cüdo millisi VI İslam Həmrəyliyi Oyun...
Bugun.az

III MDB Oyunlarının açılış mərasimi keçirilir -CAN...
Bugun.az
Azərbaycan millisinin İslamiadadakı oyunlarının ba...
Azəri Xəbər

<b>Əkrəm İmamoğlunun</b> Siyasi Taleyi Cümhuriyyət...
Son Xeberler

Türkiyə Super Kuboku oyunlarının keçiriləcəyi tari...
Azəri Xəbər



