🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Azərbaycanlı güləşçi virtual yarışda ikinci oldu

15.06.2020 07:18 549 baxış sayı 1 dəq. oxuma
Azərbaycanlı güləşçi virtual yarışda ikinci oldu

Dünya Güləş Birliyinin (UWW) "Instagram" səhifəsində dünyanın ən tanınmış 16 sərbəst güləşçisi arasında virtual yarış başa çatıb.


Onlayn turnirə adı salınan Azərbaycanın 3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyev finalda İran təmsilçisi Həsən Yazdani ilə üz-üzə gəlib. 


Yekunda Əliyev 76953, Yazdani isə 87111 səs toplayıb. Beləliklə, Azərbaycan güləşçisi bu yarışda ikinci yeri tutub. 

Paylaş: