
"Yalı Çapkını"nın məşhur aktrisası qəzaya düşdü -FOTO

Türkiyənin tanınmış aktrisası Şerif Sezer Muğla vilayətinin Milas rayonunda yol qəzası keçirib.
Metbuat.az xəbər verir ki, hadisə zamanı 26 yaşlı sürücü Ş.A-nın idarə etdiyi avtomobil sükanın idarəetməsini itirərək Şerif Sezerin maşınına çırpılıb. Qəza nəticəsində sürücü yaralanıb, lakin aktrisa heç bir xəsarət almayıb və dostunun maşını ilə yoluna davam edib .
Şerif Sezer "Asmalı Konak" və "Yalı Çapkını" seriallarındakı unudulmaz rolları ilə tanınır. Son olaraq, "Yalı Çapkını" serialında "Hattuç xala" obrazını canlandırmış və 2023-cü ilin may ayında serialdan ayrıldığını açıqlamışdır .
Hadisə yerinə təcili tibbi yardım və yol polisi qrupları göndərilib. Qəzanın təfərrüatları araşdırılır.
Oxşar xəbərlər

"Terminator"un məşhur aktrisası vəfat etdi
Son Xeberler

Azərbaycanda toydan çıxan bəy qəzaya düşdü
Xəbər Anı

Taleh Yüzbəyovun xanımı qəzaya düşdü - FOTO
Bugun.az

Azərbaycanda hərbçilər zəncirvari qəzaya düşdü
Xəbər Anı

Məşhur aktrisa vəfat etdi
Son Xeberler

Avtobus qəzaya düşdü, yaralılar var - FOTO
Bugun.az