
Xorvatiya Prezidenti israilli nazirlə görüşməkdən imtina etdi

Xorvatiya Prezidenti Zoran Milanoviç Zaqrebə səfər edən İsrailin xarici işlər naziri Gideon Saar ilə görüşməkdən imtina edib.
Metbuat.az xəbər verir ki, bu barədə Zoran Milanoviç açıqlama verib. Milanoviç sosial mediadakı paylaşımında, “İsrailli nazir niyə Xorvatiyaya dəvət edildi və baş nazir Andrey Plenkoviç, xarici işlər naziri Qordan Qrliç Radman və parlament sədri Qordan Jandrokoviç onunla niyə görüşdü?” - deyə qeyd edib.
İsrailin Qəzza əhalisinə qarşı soyqırımını davam etdirdiyi vaxtda belə bir səfərin qəbuledilməz olduğunu vurğulayan Milanoviç bildirib ki, İsrail hökumətindən olan şəxslə görüşsəydi, bu, İsrailin zorakılığını, etnik təmizləmələrini və müharibə cinayətlərini qəbul etmək olardı.
Oxşar xəbərlər

Xorvatiya Prezidenti İlham Əliyevi təbrik etdi
Bugun.az

Baş nazir Zelenski ilə görüşməkdən imtina etdi
Bugun.az

Netanyahu Qəzzada girovluqda qalan vətəndaşların s...
Bugun.az

İlham Əliyevlə Laçın şəhərində görüşməkdən şərəf d...
Bugun.az

Favoritlər qələbə qazandı - DÇ
Bugun.az

İtaliya, Xorvatiya və Kosovo yığmaları qalib gəldi...
Bugun.az