Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Xırdalan və Sumqayıt sakinlərinə metro müjdəsi

10.01.2025 10:25 126 baxış sayı 1 dəq. oxuma Metbuat
Xırdalan və Sumqayıt sakinlərinə metro müjdəsi

“Bakı Metropoliteni” QSC-nin tikilməsi planlaşdırılan yeni stansiyalarının 6-sı Bənövşəyi xətt, 4-ü Yaşıl xətt üzrə olacaq.

Metbuat.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar mövzusunda mətbuat konfransında çıxışı zamanı bildirib.

Nazir müavini qeyd edib ki, artıq 6 stansiyanın yeri müəyyənləşdirilib.

“Bənövşəyi xəttin inkişaf etdirilməsi ilə Sumqayıt və Xırdalandan şəhər mərkəzinə olan sərnişin axınını daha səmərəli tənzimləmək üçün metronun mühüm tranzit rolunun gücləndirilməsi planlaşdırılır”, - deyə nazir müavini əlavə edib.

R
Oyun və VR/AR müxbiri

Oyun sənayesi və virtual reallıq texnologiyaları haqqında yazıram. Gaming mədəniyyətinin Azərbaycanda inkişafını izləmək maraq doğurur.

Bütün məqalələrə baxın
Paylaş: