🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

XİN başçısının müavini beynəlxalq tədbirdə iştirak etdi

21.05.2025 20:25 14 baxış sayı 2 dəq. oxuma
XİN başçısının müavini beynəlxalq tədbirdə iştirak etdi

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini və COP29-un Baş danışıqçısı Yalçın Rəfiyevin rəhbərlik etdiyi nümayəndə heyəti 19-21 may 2025-ci il tarixlərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Katibliyinin təşkilatçılığı ilə Panama şəhərində keçirilən İqlim Həftəsində, bu çərçivədə baş tutan mandatlı tədbirlərdə və yüksək səviyyəli plenar iclasda iştirak edib.

Bu barədə Metbuat.az-a Xarici İşlər Nazirliyindən bildirilib.

21 may 2025-ci il tarixində baş tutan yüksək səviyyəli plenar iclasda Y.Rəfiyev çıxış edərək, Azərbaycanın COP29 sədrliyi çərçivəsində həyata keçirilən tədbirlərlə bağlı məlumat verib. Azərbaycanın sədrliyi ilə COP29-da qəbul edilən tarixi qərarların, xüsusilə də inkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilə qədər hər il 300 milyard ABŞ dolları həcmində maliyyənin səfərbər edilməsini nəzərdə tutan Bakı Maliyyə Məqsədinin və Paris Sazişinin karbon bazarları ilə bağlı 6-cı maddəsinin 10 il davam edən nəticəsiz danışıqlardan sonra Bakıda Azərbaycanın sədrliyi altında razılaşdırılmasının əhəmiyyətini vurğulanıb.

Səfər çərçivəsində Y.Rəfiyev başçılıq etdiyi nümayəndə heyəti UNFCCC Katibliyinin icraçı direktoru Simon Stiell, icraçı direktorun müavini Noura Hamladji və Braziliyanın COP30 Baş İcraçı Direktoru Ana Toni və Baş danışıqçısı Lilian Çagas ilə ikitərəfli və Katibliyin iştirakı ilə üçtərəfli görüşlər keçirib. Görüşlərdə Azərbaycanın COP29-da əldə etdiyi nailiyyətlər, bu istiqamətdəki fəaliyyəti və təcrübəsi, iqlim dəyişmələri ilə mübarizə konteksində COP29-da qəbul edilmiş qərarların icrasının əhəmiyyəti, UNFCCC-nin Köməkçi Orqanlarının cari ilin iyun ayında keçiriləcək 62-ci sessiyası və COP30-da aparılacaq iqlim danışıqlarının mövzuları üzrə fikir mübadiləsi aparılıb.

Paylaş: