🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

Xərçəng olmamaq üçün bunları edin

01.09.2025 18:25 1 baxış sayı 3 dəq. oxuma
Xərçəng olmamaq üçün bunları edin

Xərçəng hər yaşda rast gəlinə bilər və vaxtında aşkarlanmadıqda həyatı təhlükəyə ata bilər. Bəs xərçəngi erkən aşkar etmək üçün hansı müayinələr lazımdır?

Mövzu ilə bağlı Metbuat.az-a danışan onkoloq Afət Cabbarova bildirib ki, xərçəngin qarşısını almaq və xəstəliyi erkən müayinə etmək mümkündür:

“Bugün üçün tibdə bəlli olan bəzi üsullar var ki, biz buna erkən müayinə deyirik. Xərçəngin vəziyyətlərinin aşkarlanması, şişönü vəziyyətlərin vaxtında aşkarlanması və müayinə olunması xərçəngin qarşısını almağın ən mühüm yollarından biridir. Müxtəlif şiş növləri üçün müxtəlif erkən müayinə planları var. Məsələn, süd vəzisi üçün 38 yaşdan etibarən illik rutin mamografiya tövsiyə olunur, yəni şikayət gözləmədən. Yoğun bağırsaq xərçəngi üçün 45 yaşdan etibarən beynəlxalq protokollarda təsdiqlənmiş kolonoskopiya müayinə növü mövcuddur. Əgər heç bir dəyişiklik yoxdursa, bu müayinə 10 ildə bir dəfə aparılır. Prostat xərçəngi üçün 45 yaşdan etibarən kişilərdə qanda PSA deyilən prostat spesifik antigenin yoxlanılması tövsiyə olunur. Uşaqlıq boynu xərçəngi üçün 30 yaşdan etibarən "Pap test screening" üsulu istifadə olunur. Yumurtalıq xərçəngində bəzi qan analizləri var ki, onkomarkerlər vasitəsilə aşkarlamağa kömək edir. Ağciyər xərçəngi üçün isə 15 il və daha çox siqaret çəkmə stajı olanlara 45 yaşdan sonra mütləq hər 2 ildən bir kompüter tomoqrafiyası edilir. Amma yalnız siqaret çəkmə stajı yüksək olanlara, çünki kompüter tomoqrafiyası şüa yükü daşıyır”.

Onun sözlərinə görə, digər şiş növləri üçün erkən müayinə tədbirləri yoxdur:

“Bu səbəbdən mütləqdir ki, ildə bir dəfə hər bir şəxs müayinədən keçsin. Yəni, standart bəzi rutin müayinə üsulları var ki, o, vaxtında şiş növlərini aşkar etməyə kömək edir. Hansı müayinə olacağını isə artıq həkim qəbulda bildirir”.

Ülkər Cəlilzadə / Metbuat.az

Paylaş: