🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

“Wizz Air”in qiymətləri yüksələcək

23.05.2025 15:25 13 baxış sayı 2 dəq. oxuma
“Wizz Air”in qiymətləri yüksələcək

Macarıstanın “Wizz Air” aviaşirkəti iyun ayından etibarən Qəbələ Hava Limanından Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabiyə birbaşa reyslərə start verir. Sərnişinlər cəmi 23.99 ABŞ dollarına bu marşrut üzrə səyahət edə biləcəklər.

Turizm eksperti Rəhman Quliyev Metbuat.az-a açıqlamasında bildirib ki, Azərbaycanda ölkə hüdudlarından kənara həm yerli, həm də xarici aviaşirkətlər uçuşlar həyata keçirir. Təbii ki, loukosterlər də fəaliyyət göstərir və onlar müəyyən dövrlərdə endirim kampaniyaları təklif edirlər:

“Lakin bu endirimlərin daimi olması mümkün deyil, çünki aviaşirkətlərin daxili büdcəsi belə kampaniyaları uzun müddət davam etdirməyə imkan vermir. Şirkətlərin müəyyən xərcləri var və bu xərcləri qarşılamaq üçün endirimlər əsasən tanıtım məqsədi ilə, məhdud müddət üçün tətbiq olunur”.

R.Quliyevin sözlərinə görə, satış səviyyəsi artdıqdan sonra qiymətlərin yüksəlməsi gözləniləndir.

Sevinc İbrahimzadə / Metbuat.az

Paylaş: