🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

​“WhatsApp”da zənglərlə bağlı yenilik - Bu funksiya hamı üçün əlçatan oldu

29.04.2025 17:25 5 baxış sayı 2 dəq. oxuma
​“WhatsApp”da zənglərlə bağlı yenilik - Bu funksiya hamı üçün əlçatan oldu

“WhatsApp” veb versiyasına səsli və video zəng funksiyaları əlavə edir.

Metbuat.az xəbər verir ki, mobil proqramda təklif edilən bu funksiya artıq masaüstü kompüter veb istifadəçiləri üçün də əlçatan olacaq. Qeyd edək ki, “WhatsApp Web” istifadəçilərə telefonlarında “WhatsApp” hesablarını brauzer və ya masaüstü proqram vasitəsilə sinxronlaşdıraraq, kompüterdə mesajlaşma, media mübadiləsi və qrup söhbətləri kimi funksiyalardan istifadə etməyə imkan verir. Bununla belə, mobil proqramın təklif etdiyi səsli və video zəng funksiyası indiyədək “WhatsApp Web” versiyasında mövcud deyildi. Məlumata görə, “WhatsApp” bu funksiyanı istifadəyə vermək üçün yenilik üzərində işləyir. Yeni funksiya istifadəçilərə “WhatsApp” veb interfeysi vasitəsilə təkbətək səsli və video zənglər etməyə imkan verəcək. Beta testlərində səsli və video zəng düymələri söhbət ekranının yuxarı hissəsində müşahidə edilib. Zəng başladıldıqdan sonra zəng edilən şəxsin adı və profil şəkli ilə ayrıca pəncərə açılır. Bu pəncərəyə kameranı yandırmaq/söndürmək, mikrofonu söndürmək, zəngi bitirmək və əlavə parametrlər daxildir.

Paylaş: