
“WhatsApp”a taymer funksiyası gəldi - Vaxt bitəndə bu olacaq

“WhatsApp” bildirilişlərlə bağlı yenilik üzərində işləyir.
Metbuat.az xəbər verir ki, yeniliyə əsasən Haqqında bölməsinə vaxt özəlliyi əlavə edilib. Bu funksiya sayəsində istifadəçinin bildirişləri avtomatik tənzimlənəcək. Yenilik beta versiyasında müşahidə edilib. Yeniliyə əsasən istifadəçi profilinə "Mən tətildəyəm", "Mən konfransdayam" kimi vaxtla tənzimlənən qeydlər əlavə edə bilər. Qeyd edilən müddət bitdikdən sonra bu məlumat avtomatik olaraq yox olacaq.
Məlumata görə, yenilik “WhatsApp” tərəfindən illər əvvəl istifadəyə verilsə də, tətbiq edilməyib. “WhatsApp” yeni funksiyanı təkmilləşdirib. Yeni versiyada əvvəlcədən təyin edilmiş vaxt seçimlərinə əlavə olaraq, istifadəçi fərdi vaxt müddətini də təyin edə biləcək.
Oxşar xəbərlər

“Whatsapp”ın ən çox istifadə edilən funksiyası “I...
Bugun.az

“WhatsApp”a gizli nömrə funksiyası gəldi - Təkcə...
Bugun.az

“WhatsApp”ın yeni funksiyası etirazla qarşılandı...
Bugun.az

"WhatsApp"da yeni funksiya olacaq
Son Xeberler

"WhatsApp”dan yenilik
Xəbər Anı

“WhatsApp”a yeni düymə əlavə edildi - Sıxanda bu...
Bugun.az