Ukraynanın NATO-ya üzv olmasından söhbət gedə bilməz - ABŞ
ABŞ Prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Kiyevin NATO-ya üzvlüyü ilə bağlı açıqlama verib.
Metbuat.az xəbər verir ki, o, “Fox News” televiziyasına Ukraynada mümkün sülh və ölkənin NATO prosesi haqqında danışıb. Trampın nümayəndəsi bildirib ki, Kiyevin NATO-ya daxil olmasından söhbət gedə bilməz. Kelloqun sözlərinə görə, Vaşinqton administrasiyası Rusiya-Ukrayna müharibəsində mümkün atəşkəslə bağlı müxtəlif danışıqlar aparır. Kelloq qeyd edib ki, ABŞ-nin qlobal miqyasda iştirak etməli olduğu bir çox məsələ var və ona görə də Rusiya-Ukrayna müharibəsi həll edilməlidir.
Sülh prosesinin şərtlərinin Rusiya və Ukrayna tərəflərinə təqdim ediləcəyi "ilkin protokol" razılaşmasında vasitəçilik edəcəklərinə diqqət çəkən Kelloq, Ukraynanın NATO-ya üzv olmasının müzakirə edilmədiyini ifadə edib.
Oxşar xəbərlər
"Ukraynanın Aİ və NATO-ya üzvlüyü üçün müharibənin...
Bugun.az
Ukrayna'nın NATO yolu bağlanır?
KIBRIT MEDIA
NATO BAŞ KATİBİ: Putin Çarəsiz Qalıb.
KIBRIT MEDIA
3 ölkədən Ukraynaya dəstək
Bugun.az
Ukrayna “de-fakto” NATO üzvü olmalıdır - Finlandi...
Bugun.az
Tramp Ukraynanın NATO-ya üzv olmayacağını təkrarla...
Bugun.az