
Türkiyə bu halda Ukraynaya hərbçi göndərə bilər - General açıqladı

Türkiyənin regional və beynəlxalq təhlükəsizlik məsələlərində rolu son dövrlərdə nəzərəçarpacaq dərəcədə artmaqdadır. Bu ölkənin həm regional münaqişələrdə vasitəçi kimi çıxış etməsi, həm də müxtəlif hərbi-siyasi təşəbbüslərdə iştirak etməsi onun beynəlxalq gündəmdə daha fəal mövqe tutduğunu göstərir.
Xüsusilə, Rusiya–Ukrayna müharibəsi fonunda aparılan diplomatik danışıqlar və Avropanın əsas oyunçuları ilə intensiv təmaslar Türkiyənin fəaliyyətini təkcə ikitərəfli münasibətlər kontekstində deyil, daha geniş beynəlxalq siyasi müstəvidə qiymətləndirməyə imkan yaradır.
Bu yaxınlarda Türkiyənin Ukraynaya hərbi kontingent göndərməyi nəzərdən keçirdiyi barədə müəyyən fikirlər səslənməkdədir. Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz Metbuat.az-a bildirib ki, Türkiyənin Rusiya–Ukrayna müharibəsində atəşkəs elan edilmədən Rusiya və Ukrayna tərəfindən həmin bölgəyə hərbi qüvvə göndərməsi qəbul edilə bilməz:
“Mən də bunu çox mümkün hesab etmirəm, çünki Türkiyənin Rusiya ilə mövcud əlaqələri nəzərə alındıqda, təbii ki, Türkiyə sülhə töhfə vermək istəyir. Orada insan ölümlərinin, əsgər itkilərinin tezliklə dayanmasını istəyir. Amma Türkiyə bu işi görərkən münaqişənin bir tərəfi halına gəlməməlidir. Müharibə başlayandan indiyədək Türkiyə heç bir formada tərəf olmayıb, əksinə, məsələyə beynəlxalq hüquq, ərazi bütövlüyü prinsipləri çərçivəsində yanaşıb və buna görə dəfələrlə sülh danışıqları üçün ev sahibliyi edib. Hətta əsir mübadiləsi də daxil olmaqla bir sıra mövzularda vasitəçilik rolu oynayıb. Bu funksiyanı davam etdirə bilməsi üçün Türkiyənin tərəf olmaması lazımdır. Bunun üçün əvvəlcə atəşkəs razılaşmasının əldə olunması vacibdir”.
Yücel Karauz qeyd edib ki, yalnız Rusiya və Ukrayna Türkiyəyə sülhməramlı qüvvə göndərilməsi üçün rəsmi müraciət etdikləri halda, Türkiyə bu addımı ata bilər:
“Belə bir vəziyyət yarandıqda, Türkiyənin keçmiş illərdə beynəlxalq sülhə verdiyi töhfələr – Kosova, Bosniya və Herseqovinada olduğu kimi – tərəfsiz mövqeyi və obyektiv yanaşması səbəbindən uğurlu nəticələr vermişdir. Bu təcrübə Ukraynada da müsbət nəticə verə bilər. Türk əsgərinin bütün təmas xətti boyunca yerləşdirilməsi mümkün olmasa da, iştirak etdiyi bölgələrdə sülhün və sabitliyin bərpasına əhəmiyyətli töhfə verəcəyi şübhəsizdir. Bununla yanaşı, Türkiyə yalnız Ukraynanın və ya Avropanın tələbi ilə deyil, atəşkəsdən sonra hər iki tərəfin razılığı əsasında hərbi qüvvə yerləşdirməlidir”.
Gülbəniz Hüseynli / Metbuat.az
Oxşar xəbərlər

Şimali Koreya Ukraynaya Qoşun Göndərə Bilər
Bugun.az

Avropa Ukraynaya ordu göndərə bilər
Bugun.az

“Qalatasaray” 4 futbolçuya qapını göstərdi
Bugun.az

Suriyada Türkiyə vətəndaşına general rütbəsi veril...
Bugun.az

Türkiyə humanitar siyasət yanaşmasını davam etdiri...
Bugun.az

Savaş meydanı böyüyür
Xəbər Anı