Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Türk əsgərləri İsrailə yerləşdiriləcək - KİV

10.10.2025 19:25 30 baxış sayı 1 dəq. oxuma Metbuat
Türk əsgərləri İsrailə yerləşdiriləcək - KİV

ABŞ Prezidenti Donald Tramp şəxsən HƏMAS-a İsrailin Qəzzada atəşkəsi pozmayacağına dair söz verib.

Metbuat.az xəbər verir ki, bu barədə ABŞ mənbələri məlumat yayıb. Xəbərdə deyilir ki, o, verdiyi sözə əməl etmək üçün türk əsgərlərinin də olduğu beynəlxalq qrup yaradılacağını bəyan edib. Bildirilir ki, ABŞ-nin rəhbərlik etdiyi hərbi əməliyyat qrupu yaradılacaq. Əməliyyat qrupuna Türkiyə, Qətər, Misir, Birləşmiş Ərəb Əmirlikləri və İsraildən olan zabitlər daxil olacaq. Türk əsgərlərinin də yer alacağı beynəlxalq qüvvələr İsraildə yerləşdiriləcək və Qəzzaya nəzarət edəcək.

Bildirilir ki, HƏMAS daha əvvəl atəşkəsin zəmanəti olaraq türk əsgərlərinin yerləşdirilməsini istəmiş, lakin İsrail bu tələbi rədd etmişdi.

A
Gənclik və trendiər müxbiri

Gənclik mədəniyyəti və trendiər haqqında yazıram. Y və Z nəsli nə düşünür, nə istəyir - bunları araşdırıram.

Bütün məqalələrə baxın
Paylaş: