
"Transxəzər kabel xətti ölkəni rəqəmsal mərkəzə çevirə bilər" - Ekspert

Xəbər verdiyimiz kimi, Transxəzər Fiber-Optik Kabel Xətti layihəsi çərçivəsində Avropa ilə Asiya arasında yüksək sürətli, təhlükəsiz və dayanıqlı sualtı rabitə xətti çəkilir.
Layihənin istifadəyə verilməsi ilə Azərbaycan və qonşu ölkələrdə internet sürəti, keyfiyyəti və dayanıqlılığı xeyli yaxşılaşacaq.
Mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən İKT üzrə ekspert Elvin Abbasov bildirir ki, 400 Tbit/s ötürmə qabiliyyətinə malik yeni magistral xətt mövcud beynəlxalq rabitə kanallarına əlavə olaraq regionda daha sürətli və etibarlı rəqəmsal əlaqə yaradacaq.
"Bu, məlumatların ötürülməsində gecikmələri azaldacaq, xidmətlərin sabitliyini və keyfiyyətini artıracaq. Həmçinin, layihə rəqəmsal infrastrukturun dayanıqlığını gücləndirərək texniki nasazlıqlara qarşı davamlılığı təmin edəcək. Bu, Azərbaycanda data mərkəzləri, bulud xidmətləri, süni intellekt və böyük verilənlər texnologiyalarının inkişafı üçün zəmin yaradacaq. Transxəzər Fiber-Optik Kabel Xətti ölkənin regional rəqəmsal mərkəzə çevrilməsində və İKT sektorunun ixrac potensialının artmasında vacib rol oynayacaq".
"Bu təşəbbüs Xəzər dənizini rəqəmsal körpüyə çevirəcək və Azərbaycan üçün həm siyasi, həm də texnoloji baxımdan yeni imkanlar açacaq. Əsas məsələ isə belə strateji layihələrə uzunmüddətli baxışla yanaşmaq və texnologiyanı regional əməkdaşlıqla uyğunlaşdırmaqdır", - deyə Elvin Abbasov qeyd edib.
Ülkər Cəlilzadə / Metbuat.az
Oxşar xəbərlər

Transxəzər layihəsinə “yaşıl işıq” - Rusiya prose...
Son Xeberler

Gəncəni atəşə tutmaq qırmızı xətti keçməkdir -
Son Xeberler

"İki istiqamətdə yaşıl dəhliz üzərində iş aparılır...
Bugun.az

Bakı Limanı və Çinin "COSCO" şirkəti müzakirə apar...
Bugun.az

ABŞ Çinli Şirkətləri Dəniz Altı Kabel Layihələrind...
Texnologiya xəbərləri

Hansı ərazilərdə mənzil almaq daha sərfəlidir?
Bugun.az